Icma.az
close
up
RU
Fələstin XİN başçılarının “Sümud”la bağlı bəyanatını dəstəkləyir

Fələstin XİN başçılarının “Sümud”la bağlı bəyanatını dəstəkləyir

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Fələstin Dövləti bir sıra ərəb və İslam ölkələrinin xarici işlər nazirlərinin Qəzzaya doğru hərəkət edən “Sumud” flotiliyanın iştirakçılarına qarşı israilli nazir İtamar Ben-Qvir tərəfindən törədilmiş dəhşətli və alçaldıcı hərəkətləri pisləyən bəyanatını dəstəkləyir.

525.az xəbər verir ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Birləşmiş Ərəb Əmirliklərinin, İndoneziyanın, Pakistan, Türkiyə, Qətər və Misirin xarici işlər nazirləri bu hərəkətləri kəskin pisləyib və qəbuledilməz adlandırıblar.

Nazirlər Ben-Qvirin saxlanılan şəxslərə qarşı qəsdən və açıq şəkildə həyata keçirdiyi alçaltmanın insan ləyaqətinə qarşı rüsvayedici hücum olduğunu və İsrailin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ üzrə öhdəliklərinin açıq şəkildə pozulması demək olduğunu təsdiq edirlər.

Həmçinin nazirlər işğal olunmuş Fələstin ərazisində fələstinlilərə qarşı törədilən qanunsuz və zorakılıq aktlarını ən sərt formada pisləyir və qınayırlar.

Nazirlər xəbərdarlıq edirlər ki, Ben-Qvirin təxribat xarakterli hərəkətləri nifrət və ekstremizmi alovlandırır, iki dövlətli həll əsasında ədalətli və davamlı sülhə nail olunmasına yönəlmiş səylərə mane olur. Onlar Ben-Qvirin öz əməllərinə görə məsuliyyətə cəlb edilməsini tələb edir, onun təxribatlarına, təhrikçiliyinə və təkrarlanan pozuntularına son qoymaq, hədələrini davam etdirməsinin qarşısını almaq, bu cür hərəkətlərə dözümlülük göstərilməməsini və onların təkrar olunmamasını təmin etmək üçün konkret tədbirlər görülməsinə çağırırlar. 

Eyni zamanda bütün saxlanılan şəxslərin insan hüquqlarının qorunmasının və ləyaqətinin təmin edilməsinin, onlarla humanist rəftar olunmasının, eləcə də işğal olunmuş Fələstin ərazisində beynəlxalq hüquqa tam riayət edilməsinin zəruriliyini vurğulayırlar.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri