Icma.az
close
up
RU
Fələstinin BMT də tam üzvlüyü qaçılmazdır Ekspertdən AÇIQLAMA

Fələstinin BMT də tam üzvlüyü qaçılmazdır Ekspertdən AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 147-si Fələstin dövlətini tanıyır. Sentyabrda bu ölkələr söz verildiyi kimi rəsmi tədbir görsələr, Fələstin dövlətini tanıyan BMT-yə üzv ölkələrin sayının 150-ni ötəcəyi gözlənilir. NATO-ya üzv olan 32 ölkədən 14-ü və G20 ölkələrindən 10-u Fələstin dövlətini tanıyır.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan politoloq Tofiq Abbasov bildirdi ki, Fələstinin tam hüquqlu BMT üzvü olması artıq zaman məsələsidir. Onun fikrincə, bu prosesin qarşısını almağa çalışan əsas güc ABŞ-dir, İsrailin dirənişinin əsas səbəbkarı Təl-Əviv deyil, məhz Vaşinqtondur:

"Demək Fələstinin BMT-də tam üzvlüyü məsələsi qaçılmazdır. O, əvvəl-axır olacaq. Sadəcə burda İsrail dirəniş göstərir və bu dirənişin də səbəbkarı əslən Təl-Əviv deyil, Vaşinqtondur. Yəni bu, onların ikisinin əl-ələ verib ortaq bir layihəsinin həyata keçirilməsidir ki, ümumiyyətlə Fələstin torpaqlarının hamısını, həm Qəzza bölgəsi orda olmaqla, həm İordan çayının qərb sahili olmaqla, oranı etnik təmizləmə vasitəsilə artıq özləri üçün hazırlasınlar və yəhudi şəhərciklərini, sonra qəsəbələrini tiksinlər."

Ekspert əlavə etdi ki, bu planlar arxasında radikal sionist qüvvələrin mistik inancları dayanır:

"İsraillilərin ən radikal, sionist qanadı var – Lubavik qanadı. Bunlar bu il artıq özlərinin xilaskarı deyilən Moşiaxı gətirmək niyyətindədirlər. Onlar qurbanlar verirlər, dualar oxuyurlar, dini mərasimlər keçirirlər ki, guya artıq bu ilin avqustundan başlayaraq onun gəlişi gözlənilə bilər. Onun gəlişinə isə Əl-Əqsa və Ömər məscidlərini dağıtmaqla hədiyyə hazırlamaq istəyirlər. İsrail daxilində də bu siyasətə qarşı çıxan qüvvələr mövcuddur. Yəhudi dövləti demək olmaz ona, çünki orda 2 milyona yaxın ərəb yaşayır. İsrail dövlətinin daxilində pasifist, solçu qüvvələr var ki, onlar qətiyyətlə Netanyahunun bu siyasətini həm pisləyirlər, həm qınayırlar, həm də deyirlər ki, o artıq məhkəmə qarşısında ifadə verməlidir."

Müsahibimiz bildirdi ki, ABŞ-nin Prezidenti Donald Trampın da bu siyasətdə ciddi rolu var:

"Xüsusilə Donald Tramp, onun ailəsində də bilirsiniz ki, yəhudilik ənənəsi çox dərin oturuşub. Qızı İvanka Kuşnerə ərə getdikdən sonra artıq yəhudi dinini qəbul edib. Tramp faktiki olaraq orda soyqırımı görmür, hiss eləmir. Bu isə böyük riyakarlıqdır. Bu vəziyyətin paralellərini Cənubi Qafqazda da görmək mümkündür. Qərbin Azərbaycan-Ermənistan münaqişəsinə olan münasibətini biz İsrail-Fələstin qarşıdurmasında da görürük. Beynəlxalq hüquq fələstinlilərin tərəfində olsa da, Qərb İsraili dəstəkləyir."

Sonda politoloq vurğuladı ki, beynəlxalq ictimaiyyət artıq bu siyasətə qarşı mövqe formalaşdırır:

"Avropa dövlətlərinin cameələri birmənalı şəkildə fələstinliləri dəstəkləyir. Niderland, İtaliya, İspaniyada keçirilən mitinqlər bunun sübutudur. Netanyahu Hitlerin texnologiyalarını tətbiq edir. Bunu artıq İsrailin daxilində də belə deyirlər. Bu zəmində Fələstin dövləti özünü təsdiq edəcək. Mən elə başa düşürəm ki, burada faktiki olaraq hələ də dünya nizamı qüvvəsində qalır. Bu zəmində də Fələstin dövləti özü-özünü təsdiqləyəcək. Və bu, sözün əsl mənasında qəhrəman xalqdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri