Fələstinli istedadlı rəssam İsrailin hücumu nəticəsində həlak olub
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
22 yaşlı fələstinli rəssam Dina Xalid Zaurub İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həyatını itirib.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, o, müharibədə həyatını itirən fələstinlilərin heyrətamiz portretləri ilə tanınıb.
Əsərlərində matəm, yaddaş və dirənişi kətana köçürən gənc rəssam Qəzzanın mədəni yaddaşında mühüm yer qazanıb. Onun son işi avtoportret idi və tamamlamadan dünyasını dəyişib.
Fələstin Mədəniyyət Nazirliyi Zaurubun ölümü ilə bağlı açıqlama yayıb və onu "sənəti ilə yaddaşı yaşadan istedadlı gənc qadın" kimi xarakterizə edib.
Açıqlamada sənətçinin ölümü Qəzzada davam edən soyqırımın daha bir faciəli səhnəsi kimi qiymətləndirilib.

İsrailin hücumu nəticəsində 19 fələstinli həyatını itirib
20 Dekabr 2024 10:39
Qəzzada İsrailin hücumları nəticəsində 308 fələstinli həlak olub
18 Mart 2025 10:48
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 90 fələstinli həlak olub
03 Yanvar 2025 02:50
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 50 fələstinli həlak olub
09 Yanvar 2025 07:46
İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 5 fələstinli həlak olub
10 Noyabr 2024 09:02

