Icma.az
close
up
RU
Fələstinli məhbusların azad edilməsi dayandırıldı: İsrail təfərrüatları paylaşdı

Fələstinli məhbusların azad edilməsi dayandırıldı: İsrail təfərrüatları paylaşdı

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahu, bəzi nazirlər və yüksək səviyyəli rəsmilərin qatıldığı təhlükəsizlik məsləhətləşmə toplantısının 7-ci turunda azadlığa buraxılması nəzərdə tutulan fələstinli məhbusların azadlığının dayandırıldığı və yaşananlar ilə bağlı bəzi detallar İsrail mətbuatında əksini tapıb.

Turkustan.az xəbər verir ki, İsrail mediası təhlükəsizliklə bağlı məsləhətləşmələr toplantısında baş nazir Netanyahu ilə yanaşı, müdafiə naziri Yisrael Katz, maliyyə naziri Bezalel Smotrich, xarici işlər naziri Gideon Saar və Şas Partiyasının lideri ravvin Aryeh Deri və təhlükəsizlik rəhbərlərinin də iştirak etdiyini bildirib.
Mətbuatın verdiyi məlumata görə, Təl-Əviv rəhbərliyi Həmasdan atəşkəs və məhbus mübadiləsi razılaşmasının birinci mərhələsində təhvil verilməsi gözlənilən 4 israilli məhbusun cəsədlərini cümə axşamından əvvəl Qəzzada təhvil verməsini və razılaşmanın birinci mərhələsini daha çox məhbusun azad edilməsini əhatə edəcək şəkildə genişləndirməsini istəyir.
Haaretz xəbər verir ki, İsrail liderləri daha çox məhbusu azad etmək üçün atəşkəsin uzadılması və ABŞ-ın təzyiqi altında razılaşmanın davam etdirilməsi və ya Qəzzaya hücumların bərpası variantlarını müzakirə ediblər.

Hesabatda müzakirə olunan variantlar arasında daha çox israilli məhbusun azad edilməsi üçün atəşkəs və məhbus mübadiləsi razılaşmasının birinci mərhələsinin uzadılması, Netanyahu və digər nazirlərin müqavimətinə baxmayaraq, ABŞ-ın təzyiqi altında ikinci mərhələyə keçmək və Qəzzaya hücumların yenidən başlaması qeyd edilir.
“İsrail Hayom” qəzeti hökumət mənbələrinə istinadən yazıb ki, İsrail hakimiyyəti Qəzzadakı dörd israilli məhbusun cəsədini almadan məhbus mübadiləsinin yeddinci turunda 600-dən çox fələstinli məhbusu azad etmək istəmir.
Oxşar şərhlər verən “Times of Israel” də görüşdə iştirak edən nazirlərə istinadən Filadelfiya dəhlizindən çəkilmə məsələsinin də müzakirə edildiyini və məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını yazıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri