Fələstinlilər üçün bir dəqiqəlik sükut elan edən müəllim cəzalandırıldı
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada fələstinlilər üçün sinifdə bir dəqiqəlik sükut elan edən müəllim cəzalandırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə martın 26-da olub. Həmin gün Yon əyalətinin Sens şəhərindəki Canot-Küri liseyində İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinlilər üçün bir dəqiqəlik sükut elan olunub.
Barəsində intizam istintaqı başlanan liseyin fizika-kimya müəllimi martın 31-də tutduğu vəzifədən uzaqlaşdırılıb.
Liseyin tabe olduğu Dijon Akademiyasının rektorluğu dünən bu məlumatı təsdiqləyib.
Rektorluq bir dəqiqəlik sükutun müəllimin təşəbbüsü ilə keçirildiyini bildirib.
Lakin Fransanın üç təhsil həmkarlar ittifaqı və ifrat solçu “Boyun Əyməyən Fransa” (LFI) partiyası orta məktəb müəlliminin işindən uzaqlaşdırılması qərarını pisləyib və onu dəstəklədiklərini bəyan ediblər.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















