Fələstinlilərə məxsus torpağa əl qoymaq qərarı verdilər
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail rəhbərliyi işğal altındakı İordan çayının qərb sahilində yerləşən Kalkilya bölgəsində fələstinlilərə məxsus 7 dönümlük torpağa əl qoymaq qərarı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İsrail rəsmiləri Kalkilya şəhərinin şərqində yerləşən Cinsafut kəndindəki 7 dönümlük əraziyə əl qoyacaqlarını rəsmi şəkildə bildirib.
Qeyd olunub ki, İsrail bölgədəki iki qeyri-qanuni yaşayış məntəqəsi üçün hərbi yol salmaq planı çərçivəsində bu əraziləri ələ keçirməyə qərar verib.
Komissiyanın ilin ilk yarısına dair hesabatında isə vurğulanır ki, işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu və fələstin torpaqlarını qəsb edən israillilər tərəfindən fələstinlilərə və onların mülklərinə qarşı 11 min 280 hücum həyata keçirilib.
Hesabatda bildirilir ki, Təl-Əviv rəhbərliyi bu müddət ərzində çıxardığı 36 fərmanla fələstinlilərə məxsus 800 dönümdən çox torpağa əl qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 İyul 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















