Icma.az
close
up
RU
Felipe Santos: “Mərhələni adlayacağımıza əminəm” MÜSAHİBƏ

Felipe Santos: “Mərhələni adlayacağımıza əminəm” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

- “Araz-Naxçıvan”la yeni müqavilə barədə danışığınız nə yerdə qaldı? Narazılığınız maddi məsələ ilə bağlıdır?

- Yeni mövsümü də “Araz-Naxçıvan”da keçirəcəyəm. Mən peşəkaram və verdiyim sözə sadiq bir insanam.
Hazırlıq prosesi necə gedir? Komandanız indiki məqamda neçə faiz hazırdır və tam hazır vəziyyətə gəlməyiniz üçün nə qədər zamana ehtiyacınız var?
Konfrans Liqasındakı oyunlarımıza hazırlaşırıq. Komandanın hazırlıq səviyyəsi gündən-günə daha da yaxşılaşır. Hər gün irəliyə doğru addım atırıq. Özümüzü əla hiss edirik, yeni oyunçularla da münasibətlər qaydasındadır. Bir sözlə, hər şey plana uyğun davam edir.

- Heyətdə dəyişikliklər baş verib, komandadan gedənlər və yeni gələnlər var. Bu dəyişikliklər “Araz-Naxçıvan”a necə təsir edəcək? Yeni transferlərin səviyyəsi ürəyinizcədir?

- Yeni gələnlər əla futbolçulardır. Əminəm ki, onların komandamıza çox xeyri dəyəcək. Keçən mövsümdəkindən daha güclü “Araz-Naxçıvan” görəcəksiniz.

- “Araz-Naxçıvan”ın Konfrans Liqasında “Aris”lə keçirəcəyi oyunlardakı şansını necə dəyərləndirirsiniz? Avrokubokda debüt etmək, təcrübəsizlik komandanıza problem yarada bilərmi?

- Bu, klubun Avropada ilk çıxışıdır. Lakin komandamızda olan əksər futbolçular artıq avrokuboklarda oynamış şəxslərdir. İnanıram ki, “Aris”ə qarşı əla oyunlar göstərəcəyik, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq. Hesab edirəm ki, avrokuboklara yanaşma tərzimiz hamını yaxşı mənada təəccübləndirdi.

- “Araz-Naxçıvan” hansı komponentlərin hesabına favorit sayılan “Aris”i mübarizədən kənarlaşdıra bilər?

- Futbol 11 nəfərin 11 nəfərə qarşı oyunudur. Bizim həlledici, aparıcı futbolçularımız var. Meydana tam olaraq oyuna fokuslanmış və hazır vəziyyətdə, özünəinam hissi ilə daxil olsaq, mərhələni adlayacağımıza əminəm.

- Azərbaycanlı azarkeşlər növbəti mövsümdə sonadək “Qarabağ”la çempionluq mübarizəsi apara biləcək komanda görmək istəyirlər. “Araz-Naxçıvan” bu missiyanı üzərinə götürməyə hazırdır?

- Keçən mövsüm “Araz-Naxçıvan” digər komandalar üçün çox çətinliklər yaratdı. İnanıram ki, yeni sezonda daha yaxşı çıxış edəcəyik. Digər komanda və ya komandalar favorit sayıla bilərlər, amma biz hər oyunda əlimizdən gələni edəcəyik ki, keçən mövsümdən daha yaxşı nəticəyə imza ataq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri