Icma.az
close
up
RU
“Felipe Santosun da şüuru bura qədər çatır ki, gedib künc bayrağına təpik atsın”

“Felipe Santosun da şüuru bura qədər çatır ki, gedib künc bayrağına təpik atsın”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qarabağ”ı məğlub etdi. Penaltidən fərqlənən Felipe Santos qol vurandan sonra künc bayrağına nümayişkaranə şəkildə təpik vurdu.

Bəs oyunu idarə edən Elçin Məsiyev braziliyalını niyə cəzalandırmadı? Bu sualın cavabını veteran hakim Fariz Yusifovdan soruşduq:

“Bu qədər sönük keçən oyun bu qədər müzakirəyə səbəb olmalı deyildi. Qoldan sonra hər futbolçu bir formada sevincini bölüşür. Felipe Santosun da şüuru bura qədər çatır ki, gedib künc bayrağına təpik atsın. Dünya futbolunda da belə hadisələr olur. Hakimlər futbolçuların hərəkətlərinə nəzarət etməlidi. Oyun qaydalarında hakimlərin futbolçuların davranışı fonunda sarı və qırmızı vərəqələri hansı hallarda göstərməli olduğu açıq-aydın yazılıb. Əminəm ki, nəinki bizim hakimlər, dünya futbolunda da oyun idarə edən referilər bu qaydaları mükəmməl bilir və oyunlara təyinat alır. Felipe Santosun hərəkəti çılğınlığından irəli gələ bilər, amma qol vurub elə etmək düzgün deyil. Mütləq qaydada futbolçular davranışına fikir verməlidi. Son vaxtlar hakimlər çox xırda şeyləri gözdən qaçırırlar. Məsələn, Qurban Qurbanovun texniki zonada elə hərəkət etməsi. Ola bilər ki, baş hakim görmədi. Bəs dördüncü hakim hara baxır? Santosun o hərəkətində xoşbəxtlikdən künc bayrağı qırılmadı. Qırılsaydı, əlavə künc bayrağı olmasaydı, nə olacaqdı? Adi bir şeyə görə oyun yarımçıq qalacaqdı. Bu, futbolçuya yaraşmayan hərəkət idi. Şablon çərçivəsində sarı vərəqə verilməli idi. Sarı olmasa da, baş hakim şifahi xəbərdarlıq etməliydi ki, futbolçu hərəkətlərinə nəzarət etsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri