Felmar Ələkbərli vəfat etdi
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli vəfat edib.
Bizim.Media xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı "Facebook" səhifəsində F.Ələkbərlinin vəfatı ilə bağlı paylaşım edib:
"Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri, siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərlı bu gün haqqa qovuşmuşdur. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun...".
Bizim.Media

