Fənər fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı Bu mövsüm 3 cü dəfə...
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
''Fənərbaxça'' azarkeşlərinə həyatlarının şokunu yaşatmaqda ve infarkt dərəcəsinə çatdırmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, hər dəfə lider ''Qalatasaray''a çatmaq və ya zirvəyə yüksəlmək hədəfi ortaya çıxdıqda komanda xallar itirir. Özü də anormal şəkildə.
Bu dəfə 30-cu tur çərçivəsində Kadıköyə iddiasız və ortabab ''Çaykur Rizəspor'' səfər etmişdi. Kağız üzərində hər şey asan görünürdü. ''Fənər'' ilk dövrədə bu rəqibə səfərdə 5 qol vurmuşdusa, 2014-dən bu yana rizəlilərə qarşı evdə xal itirməmişdi. Domeniko Tedeskonun kollektivi qalib gələcəyi təqdirdə ən azı 1 günlük də olsa, zirvəyə yüksələcək və ''Qalatasaray''ın səfərdə ''Gənclərbirliyi'' ilə oyunda büdrəməsinə ümid bəsləyəcəkdi. Amma sən saydığını say, gör, ''Çaykur Rizəspor'' nə sayır.
İlk yarısı qolsuz bitən oyunda əsas hadisələr ikinci hissədə yaşandı. Əvvəlcə qonaqlar Əli Sounun 47-ci dəqiqədə vurduğu qolla hesabda önə keçdilər. Qambiyalı forvard Türkiyə karyerasında ən çox (5) qolu məhz ''sarı-lacivərdlilər''ə vurub. Oyunu alınmayan, amma təzyiqi artıran ''Fənər'' 70-ci dəqiqədən sonra matçın axarını dəyişə bildi. 72-ci dəqiqədə qonaqların heyətində ''Fənər''in sabiq üzvü Samet Akaydın ikinci sarı vərəqə ilə qovularaq komandasını azlıqda qoydu. Çox keçmədən qazanılan penaltini Talişka dəqiq yerinə yetirdisə, 88-ci dəqiqədə Kərəm Aktürkoğlu yerli fanatları ayağa qaldırdı.
Düşünmək olardı ki, qalan qısa müddətdə meydan sahibləri qələbə hesabını asanlıqla qoruyacaq. Amma komanda hətta bu cılız hədəfin öhdəsindən də gələ bilmədi. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə qonaqların son hücumu zamanı Ederson yersiz şəkildə irəli çıxınca Modibo Sanyan başla topu boş qapıya göndərdi. Malili müdafiəçi Türkiyə çempionatında ilk qolunu vurdu. ''Fənərbaxça'' bu mövsüm artıq 3-cü dəfə öz meydanında əlavə vaxtda qol buraxaraq xal itirdi.
Bu hal sentyabrda 1-ci turdan təxirə salınan ''Alanyaspor'' (2:2) və fevralda 23-cü turda ''Kasımpaşa'' (1:1) ilə oyunda yaşanmışdı. Özü də ''Kasımpaşa'' da bərabərlik qolunu rizəlilər kimi azlıqda vurmuşdu.
Beləliklə, ''Qalatasaray'' bu gün qalib gəlsə, zirvədə fərq yenidən 4 xala yüksələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 Aprel 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















