Icma.az
close
up
RU
Fənər in kapitanı azadlığa buraxıldı Oyun satan şərəfini satar

Fənər in kapitanı azadlığa buraxıldı Oyun satan şərəfini satar

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrdan bu yana həbsdə olan, qeyri-qanuni pul qoyuluşu və oyun alqı-satqısında iştirakda günahlandırılan ''Fənərbaxça'' kapitanı Mərt Hakan Yandaş aprelin 3-də ilk dəfə hakim qarşısına çıxdı. Tanınmış futbolçunun məhkəmə prosesi 3-cü Ədliyə Cəza Məhkəməsində keçirildi.

Qeyd edək ki, günahları sübuta yetiriləcəyi təqdirdə təcrübəli yarımmüdafiəçini 17 ilə qədər həbs cəzası gözləyirdi. Məhkəmə üzündən hətta ''Fənərbaxça''nın günorta məşqçi baş məşqçi Domeniko Tedesko tərəfindən axşam saatlarına salınmışdı. Mərt Hakana dəstək vermək üçün məhkəmə zalına Tedesko ilə yanaşı ''Fənər''in indiki başqanı Sadəttin Saran, sabiq başqanı Əli Koç, idarə heyətinin üzvləri, eləcə də futbolçulardan Kərəm Aktürkoğlu, Ceyden Oostervolde, Mərt Günok, Çağlar Söyüncü, Cenk Tosun, Nene Dorgeles və Mərt Müldür gəlmişdi.
Maraqlıdı ki, eyni maddələr üzrə günahlandırılan və təxminən 10 gün öncə azadlığa buraxılan ''Qalatasaray''lı Metehan Baltacı da məhkəməyə gəlmişdi. Üzərinə atılan iddiaların heç birini qəbul etməyən, həyatı boyu heç bir bukmeker kontorunda qeydiyyatdan keçmədiyini deyən Mərt Hakan Yandaş 6 il öncə ''Qalatasaray''ı yox, ''Fənərbaxça''nı seçdiyi üçün başına bu oyunların gətirildiyini vurğuladı.
Həmin dönəmdə həqiqətən də bu futbolçuya görə əzəli rəqiblər arasında ciddi gərginlik yaşanmışdı. Vergi ödəmək üzrə rekordçu olduğunu xatırladan futbolçu 3-5 min lirəyə görə oyun satmasının mümkün olmadığını qeyd etdi. O ''oyunu satan qürurunu, şərəfini ailəsini satar. Mən qürurumdan və şərəfimdən əmin futbolçuyam'' deyə əlavə etdi.
Hakim heyəti düşündükdən və məhkəmə salonuna qayıtdıqdan sonra qərarını açıqladı. Mərt Hakan Yandaş azadlığa buraxıldı. Azadlığa çıxdıqdan sonra ilk açıqlamalarını ''Fənərbaxça TV''yə verən Mərt Hakan camiəni çətin günün dostu adlandırdı və ona dəstək verən hər kəsə minnətdarlığını bildirdi.
''Fənər''in futbol şöbəsinin rəhbəri Ərtan Torunoğulları Mərt Hakanın aprelin 4-dən etibarən komanda ilə məşqlərə başlayacağını dedi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Aprel 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri