Fənər in sabiq ulduzunun komandası elita ilə vidalaşdı
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbolçu kimi ''Liverpul'', ''Fənərbaxça'', ''Feyenoord'', eləcə də Niderland yığmasında top qovmuş və öz dönəminin tanınmış simalarından olmuş Dirk Kuyt məşqçi karyerasında heç cür yüksəlişə keçə bilmir.
''Football-plus.az'' xəbər verir ki, Kuyt hazırda Belçika təmsilçisi ''Beersxot''un başındadı. Amma mövsümün əvvəlindən başlayaraq zəif təsir bağışlayan bu kollektivin elita ilə vidalaşması artıq rəsmən təsdiqini tapdı.
Müntəzəm mövsümü 18 xalla sonuncu pillədə tamamlayan ''Beersxot'' elitada qalmaq uğrunda pley-off qrupunun ilk turunda öz meydanında ''Sent-Trüden''ə minimal hesabla boyun əydi. ''Kortreyk'' ilə ''Serkl Brügge'' arasında baş tutan bu qrupdakı digər oyunda 2:2-lik bərabərlik qeydə alınınca ''Beersxot''un ''kitabı bağlandı''.
Sona 5 tur qalmış Kuytun komandası hətta riyazi cəhətdən də elitada qalmaq şansını itirdi! Əslində fanatlar hələ mövsümün əvvəlində ilk 8 tura 1 xal toplanılanda Kuytu istefaya səsləmişdilər. Amma rəhbərlik 44 yaşlı mütəxəssisin klub üçün etdiklərini nəzərə alaraq ona mövsümün sonuna qədər işləmək fürsəti yaratdı.
Niderlandlı mütəxəssis 2023-ün dekabrında ''Beersxot''u aşağı liqada qəbul etmiş və ilk cəhddən klubu elitaya daşımışdı. Amma göründüyü kimi elitada işlər çox bərbad məcrada davam etdi.
Kuytun işini davam etdirib-etdirməyəcəyi barədə məlumat yoxdu. Belçika mətbuatının yazdığına görə onun maaşı aşağı liqa klubu üçün çox yüksəkdi.
Qeyd edək ki, ''Beersxot''da ''Fənərbaxça''dan icarəyə götürülən iki futbolçu - Omar Fayed ilə Əmir Ortakaya da top qovur. Onların hər ikisinin mövsümün sonunda ''Fənər''ə qayıdacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Aprel 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















