Fənər in zədələnən müdafiəçiləri hansı oyunları qaçıraraq?
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
''Fənərbaxça'' Türkiyə kubokunda qrup mərhələsinin 2-ci turunda öz meydanında 1-ci liqa təmsilçisi ''Ərzurumspor''la oyunda problem yaşamadı.
Talişka, Cenk Tosun, Mərt Hakan Yandaşın hərəyə bir qol, Ən-Nəsirinin isə iki qol vurduğu oyunda Joze Mourinyonun komandası rəqibini 5:0 hesabı ilə darmadağın etdi. Amma İstanbul nəhəngi qələbəyə doyunca sevinə bilmədi. Çünki komandanın birdən-birə 3 müdafiəçisi zədələndi! Söhbət Aleksander Ciku, yeni transfer Dieqo Karlos və Mourinyonun son oyunlarda tez-tez şans verdiyi gənc Yusuf Akçiçəkdən gedir.
Klubdan hər üç futbolçunun durumu ilə bağlı rəsmi açıqlama verilib. Karlos sağ dizindən, Yusuf sol dizindən, Ciku isə sağ ayaq əzələsindən zədə alıb. Karlos təxminən 1 aylığa, Ciku 2 həftəliyə, Yusuf isə 10 günlüyə sıradan çıxıb. ''Fənər''i qarşıda ''Alanyaspor'' (səfər), ''Anderlext'' (e), ''Kasımpaşa'' (e), yenə də ''Anderlext'' (s) və ''Qalatasaray''la (s) vacib oyunlar gözləyir.
Dieqo Karlosun bu matçların hamısını qaçıracağı proqnozlaşdırılır. Ciku ilk 4 oyunu, Akçiçək isə ilk 3 oyunu qaçıraraq.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Fevral 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















