Icma.az
close
up
RU
Fənər Mourinyonun istədiyi oyunçunu daimi əsasda transfer edir

Fənər Mourinyonun istədiyi oyunçunu daimi əsasda transfer edir

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kolumbiyalı hücumçu Con Duranı Türkiyəyə gətirməklə bu yayın ilk hay-küylü keçidinə imza atan ''Fənərbaxça'' daha bir transferi bitirməyə yaxındı.
Fabritsio Romanonun xəbərinə görə, klub rəsmiləri Milan Şkrinyarın daimi əsasda transferi üçün danışıqlar prosesini başa çatdırmağa yaxındılar. ''Fənərbaxça'' ilə PSJ arasındakı danışıqlar artıq son mərhələyə qədəm qoyub və qarşıdakı günlərdə bu transferin rəsmən açıqlanacağı gözlənilir.
Joze Mourinyo rəhbərlikdən bu futbolçunun nəyin bahasına olursa olsun komandada qalmasını tələb edib.
Bilindiyi kimi Şkrinyar ötən mövsümün ikinci dövrəsini icarə əsasında İstanbul nəhəngində keçirsə də, müqavilə ilə parislilərə məxsusdu. Təcrübəli slovakiyalı müdafiəçi illik 12 milyon avro tələb etsə də, sonradan məbləği aşağı endirməyə razı olub. ''Fənər'' ona illik maksimum 9 milyon avro maaş və üçillik müqavilə təklif edib.
Şkrinyar ilə İtaliya və İngiltərə klubları da maraqlanır. Amma ona ən sərfəli təklifi məhz ''sarı-lacivərdlilər'' irəli sürüb. Ona görə də onun təklifi qəbul edəcəyi gözlənilir. Amma klublar arasında anlaşmanın detalları hələlik bəlli deyil.
Qeyd edək ki, yanvarın 30-da ''Fənər''ə gələn Şkrinyar bu klubda 23 rəsmi oyuna çıxaraq aktivinə 3 qol, 2 məhsuldar ötürmə ötürmə yaza bilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri