Fənərbağça 19 yaşlı türkiyəli müdafiəçinin maaşını 10 milyona yüksəldir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubu 19 yaşlı müdafiəçisi Yusuf Akçiçekin maaşını bir milyon Türkiyə lirəsindən 10 milyona yüksəldəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlər" futbolçunun müqavilə müddətini isə 2023-cu ilədək uzadacaqlar.
Xatırladaq ki, İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Atletiko Madrid" və Almaniyanın "Leypziq" klubları futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Yusuf Akçiçek bu mövsüm "Fənərbağça" forması ilə 15 oyunda meydana çıxıb, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Fənərbağça 19 yaşlı futbolçusuna 10 milyon MAAŞ verəcək FOTO
11 Mart 2025 18:41
Fənərbağça 19 yaşlı mərakeşli futbolçusunu heyətinə qatmaq istəyir
07 Fevral 2025 17:46
Fənərbağça 11 milyona müdafiəçi aldı
22 Yanvar 2025 09:07
Fənərbağça bu futbolçunun maaşını 2 dəfə ARTIRDI
25 Noyabr 2024 11:39
Barselona 17 yaşlı ulduzun maaşını 19 dəfə artıracaq
05 Fevral 2025 10:01
