Fənərbağça azarkeşləri şokda: gedən ulduzunu Real Madrid ALIR
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Real Madrid" ehtiyat hücumçu axtarışlarına başlayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan Edin Dzeko klubun gündəminə gəlib.
İspaniya nəhəngi ulduz futbolçuya az məbləğli maaşla 1 illik müqavilə təklif etmək istəyir.
İki mövsüm ərzində "Fənərbağça"nın formasını geyinən və bu yay klubdan ayrılan Edin Dzeko ilə bağlı gözlənilməz xəbər yayılıb.
"Defensa Sentral" nəşrinin xəbərinə görə, "Real Madrid" ehtiyat hücumçu axtarışlarını davam etdirərkən, Edin Dzeko seçimi ön plana çıxıb. İspan klubu baş məşqçi Xabi Alonsonun komandaya ehtiyat qolçu istəməsinin ardından Dzekoya yönəlib və ona cüzi maaşla bir illik müqavilə təklif edəcək.
Xəbərdə qeyd olunur ki, 39 yaşlı ulduz futbolçuya "Real Madrid"dən başqa, İtaliyanın "Bolonya" və "Komo" klubları və Xorvatiyanın "Hayduk Split" komandası da maraq göstərir.
Qeyd edək ki, Dzeko İstanbul nəhənginin forması ilə 99 oyunda 46 qol vurub, 18 məhsuldar ötürmə edib.
Tural
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 04 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















