Fənərbağça azarkeşlərinin təxribat planı baş tutmadı Foto
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin "Fənərbağça" komandasının azarkeşləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl İngiltərənin "Nottinqem Forest" klubunun tərəfdarlarını psixoloji təzyiq altında saxlamağa cəhd ediblər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma öncəsi "Şükrü Saracoğlu" stadionunda toplaşan yerli fanatlar İngiltərə klubunun keçmiş baş məşqçisi Şon Dayç və əzəli rəqibi "Bornmut"un loqosuna işarə edən bannerlər və şüarlarla rəqibi sarsıtmağa çalışıblar.
Lakin bu təxribat xarakterli hərəkətlər meydanda tam əks effekt verib. Şon Dayçın istefasından cəmi dörd gün sonra baş məşqçi postuna gətirilən Vitor Pereyra "Nottinqem Forest"in "sükanı arxasında" uğurlu debüt edib. Onun rəhbərliyi altında "meşəbəyilər" İngiltərəyə 3:0 hesablı darmadağınla qayıdıb.
Bu, həm də "Nottinqem Forest"in üç oyunluq qələbəsizlik seriyasına son qoyub.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 26-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















