Icma.az
close
up
RU
Fənərbağça da heyətdən çıxarılan Kahveci əzəli rəqibə keçir?

Fənərbağça da heyətdən çıxarılan Kahveci əzəli rəqibə keçir?

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Fənərbağça" klubunun rəsmi saytında bir neçə gün öncə verilən açıqlamada komandanın iki futbolçusu - İrfan Can Kahveci və Cenk Tosunun əsas heyətdən uzaqlaşdırıldığı bildirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın səbəbi açıqlanmasa da, hadisənin pərdəarxası detalları və futbolçunun gələcəyi böyük maraq doğurub.

İddialara görə, bu qərarın səbəbi "Samsunspor"la 0:0 hesabı ilə başa çatan görüşdən sonra yaşanan gərginlikdir. Bildirilir ki, matçın ardından İrfan Can Kahveci ilə komanda yoldaşı Archie Brown arasında mübahisə düşüb. İrfan Can oyundakı xal itkisinə görə narazılığını bildirərkən, Arçi Brovn buna sərt reaksiya göstərib.

Milli komanda düşərgəsindən zədə səbəbindən ayrılan Kahveciyə qərarın xəstəxanada olduğu vaxt bildirildiyi və futbolçunun bu xəbərdən şoka düşdüyü qeyd olunur. O, yaxın çevrəsinə məsələni ailə daxilində həll edilə biləcək bir gərginlik kimi gördüyünü, belə bir hadisənin komanda daxilində yaşanmasının normal olduğunu deyib.

Bununla belə, "Takvim" nəşrinin məlumatına görə, hadisədən sonra "Beşiktaş" yenidən hərəkətə keçib. Qara-ağlı klubun 30 yaşlı futbolçu ilə maraqlandığı və vəziyyəti yaxından izlədiyi bildirilir. Məlumata əsasən, "Beşiktaş" yanvar ayında İrfan Can Kahveci üçün rəsmi təklif verməyə hazırlaşır.

Hazırda futbolçunun transfer dəyəri 6 milyon avro civarındadır. O, "Fenerbahçe" ilə 30 iyun 2028-ci ilə qədər müqaviləyə malikdir. Lakin son hadisələr transferin qarşısını açan əsas amillərdən biri ola bilər.

Xatırladaq ki, yay transfer dönəmində də İrfan Can Kahveci ilə "Beşiktaş" arasında danışıqların aparıldığı iddia olunmuşdu. Həmin vaxt futbolçunun "Fənərbağça"də qazandığı illik 3 milyon avroluq maaş müqabilində "Beşiktaş" təklifinə müsbət yanaşa biləcəyi bildirilmişdi, lakin bu xəbərlər sonradan təkzib edilmişdi.

Hazırkı vəziyyətdə isə "Beşiktaş"ın bir daha İrfan Can üçün hərəkətə keçməsi Türkiyə futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Tural
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see431

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see276

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see273

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see271

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see261

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see257

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see256

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see251

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see250

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see249

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see248

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see242

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see226

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see224

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see204

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see200

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see195

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see190

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see176

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri