Fənərbağça dan ərəb komandasına keçən hücumçu ilk qolunu atdı Qətər komandası darmadağın oldu
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fənərbağça"dan Səudiyyə Ərəbistanındakı "Əl İttihad" komandasına transfer olunan hücumçu Yusif En Nesyri yeni komandasında ilk qolunu atıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərakeşli futbolçu komandasının "Əl Qarafa" qarşı beşinci qolunun məhsuldar ötürməsini də verib.
Məlumata görə, Asiya Çempionlar Liqası (AFC) liqa mərhələsində "Əl İttihad" doğma meydanında "Əl Qarafa"ya 7-0 hesabı ilə qalib gəlib. Yusif En-Nesyri bu qollardan 3-cüsünün müəllifi olub.
Bu qələbə ilə hazırda 12 xalla 5-ci yerdə olan "Əl İttihad" Asiya Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb. Qətərin "Əl Qarafa" komandası isə 6 xalla 10-cu yerdə qalır.
Fərid ASLAN
mia.az
Baxış sayı:96
Bu xəbər 11 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















