“Fənərbağça“ ilə oyunöncəsi “Qalatasaray“da ciddi itki
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qalatasaray"ın hücumçusu Rafael Lean zədə səbəbindən UEFA Çempionlar Liqasında "Lill"lə oyunda iştirak edə bilməyəcək. Onun "Fənərbağça" ilə İstanbul derbisində meydana çıxması da sual altındadır.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun qasıq əzələsində MRT və əlavə müayinələrdən sonra yüngül və ortadərəcəli gərilmə aşkarlanıb.
Klub onun müalicəsinə başladığını və vəziyyətinin gündəlik müayinələrlə izləniləcəyini açıqlayıb. Lean Türkiyə Super Liqasının VIII turunda "Gənclərbirliyi" ilə matçda (1:0) zədələnib. Görüşün 61-ci dəqiqəsində meydana daxil olan hücumçu 77-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.
Qeyd edək ki, "Qalatasaray" oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində "Lill"in qonağı olacaq. İstanbul derbisində "Fənərbağça" ilə qarşılaşma isə oktyabrın 26-da keçiriləcək.
Baxış sayı:54
Bu xəbər 20 Oktyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















