Fənərbağça klubu ilə doqquz kubok qazanan hücumçu vəfat etdi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Fənərbağça"nın və Türkiyə millisinin sabiq hücumçusu Ogün Altıparmak dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 86 yaşında vəfat edib. Ogün 1963-1971-ci illərdə İstanbul klubunda çıxış edib. O, "sarı-lacivərdlər"in heyətində 9 kubok qazanıb. Bunun 4-ü Superliqada olub.
1970/71 mövsümünün sonunda Altıparmak Türkiyə çempionatının bombardiri olub.
Karyerası ərzində "Karşıyaka" və "Vaşinqton Vips"də də çıxış edən Ogün Altıparmaq Türkiyə millisinin heyətində 32 matça çıxaraq 6 qol vurub.

“Fənərbağça” yapon hücumçu ilə maraqlanır
06 İyun 2025 16:59
“Fənərbağça” polşalı hücumçu ilə maraqlanır
18 İyun 2025 14:31
Fənərbağça gənc hücumçu ilə güclənir
22 İyul 2025 19:52
Fənərbağça klubu kubok oyununda iştirak etməyəcək
06 Yanvar 2025 19:24
Kolumbiyalı hücumçu “Fənərbağça”ya keçir
30 İyun 2025 15:36

