“Fənərbağça” Məhəmməd Salahın meneceri ilə danışıqlara başlayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” klubu mövsümün sonunda İngiltərənin “Liverpul” komandasından ayrılacağı gözlənilən Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.
AZƏRTAC “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin misirli hücumçunun meneceri ilə bir müddətdir danışıqlar apardığı bildirilib.
Məlumata görə, Salahın “Liverpul”dan ayrılacağı rəsmiləşəcəyi təqdirdə, “Fənərbağça” rəhbərliyi futbolçunu komandaya gətirmək üçün bütün zəruri addımları atmağa hazırdır.
33 yaşlı forvardla razılıq əldə olunmasa belə, klub gələn mövsüm üçün bu səviyyədə başqa bir ulduz oyunçunu heyətinə qatmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:Məhəmməd Salahın meneceri Beşiktaş üçün İstanbula gəlir
21 İyul 2026 20:18
Məhəmməd Salahın meneceri futbolçunu Barselona ya təklif etdi
11 Mart 2025 16:37
Məhəmməd Salahın ailəsində itki
09 Fevral 2026 20:17
Məhəmməd Salahın gələcəyi sual altında
26 Fevral 2026 12:24
Məhəmməd Salahın qələbə şousu Video
04 İyul 2026 14:26
Baxış sayı:82
Bu xəbər 26 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















