Fənərbağça nın 2 futbolçsusu yoxa çıxdı : Telefonları açmır
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin "Fənərbağça" klubunda müdafiəçi Diyeqo Karlosla bağlı gözlənilməz vəziyyət yaranıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 2025/26 mövsümündən əvvəl Topuk Yaylasında keçirilən hazırlıq düşərgəsinə qatılmalı olan futbolçu komandaya qoşulmayıb. Bildirilir ki, klub rəhbərliyi Diyeqo əlaqə saxlamağa çalışsa da, futbolçu telefon zənglərinə cavab vermir.
Ötən mövsümü icarə əsasında "Komo"da keçirən braziliyalı müdafiəçi uğurlu çıxışı ilə diqqət çəkmiş, komandasının UEFA Çempionlar Liqasına vəsiqə qazanmasında mühüm rol oynamışdı. İddialara görə, İtaliya təmsilçisi futbolçunun transfer hüquqlarını almağa hazırlaşır.
Buna baxmayaraq, "Fənərbağça" ilə müqaviləsi qüvvədə olan bütün futbolçuların mövsümöncəsi hazırlıq düşərgəsində iştirak etməsi tələb olunur. Bu səbəbdən klubun Karlosa intizam cəzası tətbiq edəcəyi gözlənilir.
Qeyd edək ki, buna bənzər hadisə 2024-cü ildə də yaşanmışdı. Həmin vaxt Joao Pedro da hazırlıq prosesinə qatılmamış, sonradan onunla müqaviləyə xitam verilmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 İyul 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















