Fənərbağça nın əsas hədəfi olan futbolçu Türkiyəyə gəlmək istəmir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Benfika" klubunun futbolçu Orkun Kökçünün "Fənərbağça"ya transfer olunacağı ilə bağlı planı üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, klublararası dünya çempionatı zamanı baş məşqçisi Brunu Laje ilə mübahisə edən Orkun Kökçünün "Benfika"dan ayrılacağı gözlənilir.
Bazar dəyəri 30 milyon avro olan Orkun Kökçü üçün "Benfika" astronomik təkliflərin gələcəyini gözləyir.
Digər tərəfdən, Orkun Kökçü də gələcəyi ilə bağlı qərarını verib. Oyunçu Türkiyəyə qayıtmaq fikrində deyil.
"Fənərbağça" klubunun artıq uzun müddətdir Orkun Kökçünü transfer etmək niyyətində olduğu bildirilir.
Bu mövsüm 53 matçda iştirak edən və 4110 dəqiqə meydanda olan Orkun Kökçü 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 İyun 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















