Fənərbağça Qalatasaray görüşündə baş verən hadisələrlə bağlı cəzalar bu gün açıqlanacaq
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Türkiyə Futbol Federasiyası bu gün oyunsonrası qiymətləndirmənin ardından cəzaları açıqlayacaq.
Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça"nın oyunçuları Mert Hakan Yandaş və Fred, baş məşqçi Joze Mourinyo , köməkçi məşqçi Sandro Zufic, "Qalatasaray"ın oyunçuları, derbidə qırmızı vərəqə alan Kerem Demirbay və Barış Alper Yılmazın cəzaları bəlli olacaq.
Bundan əlavə, "Fənərbağça"ya meydançaya atılan yad əşyalar və tribunalardakı insidentlərə görə, "Qalatasaray"a isə alovlanan məşəllərə görə cəza veriləcək.
Xatırladaq ki, ümumilikdə 52 152 azarkeşin izlədiyi matçda qadağaları pozan, stadiona ziyan vuran və qanunsuz daxil olan 43 nəfər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Türkiyə Kubokunun dörddəbir final mərhələsində "Fənərbağça" klubu əzəli rəqibi "Qalatasaray"a 2:1 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















