“Fənərbağça” Rafael Leao ilə bağlı iddiaları yalanladı
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Fənərbağça” klubu “Milan”dan Rafael Leao və “Ştutqart”dan Ermedin Demiroviç ətrafındakı transfer şayiələri ilə bağlı açıqlama yayıb.
İdman.Biz bildirir ki, mətbuatda “Fənərbağça” və “Qalatasaray”ın Leao uğrunda mübarizə apardıqları bildirilirdi.
"Bu gün mətbuatda klubumuzun "Ştutqart"da oynayan Ermedin Demiroviçlə maraqlandığı iddia edilən xəbərlər tamamilə əsassızdır. "Fənərbağça" İdman Klubu sözügedən oyunçu ilə bağlı heç bir transfer cəhdi etməyib.
Eynilə, Rafael Leao üçün transfer haqqı və əmək haqqı da daxil olmaqla təxminən 100 milyon avro təklif etdiyimizlə bağlı iddialar da yalandır. Oyunçuya və ya onun klubuna belə bir təklif edilməyib.
Yeganə diqqətimiz UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qurnik" ilə cavab oyunumuza və növbəti mərhələyə yüksəlməyimizə yönəlib.
Bu müddət ərzində azarkeşlərimizi yerinə yetirilməmiş transfer cəhdlərini real kimi təqdim etməklə və ya gündəmimizdə olmayan oyunçular haqqında iddialar yaratmaqla diqqətimizi yayındırmağa çalışan spekulyativ xəbərlərə inanmamağa çağırırıq", - klubun açıqlamasında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 İyul 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















