Icma.az
close
up
RU
“Fənərbağça”nın yeni prezidenti kim olacaq: Koç, yoxsa Saran?

“Fənərbağça”nın yeni prezidenti kim olacaq: Koç, yoxsa Saran?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin “Fənərbağça” klubu prezident seçkilərinə hazırlaşır. 

13-14 sentyabrda klubda seçki keçiriləcək. Əgər namizədlərin heç biri yetərli səsi toplaya bilməsə, seçkinin ikinci turu 20-21 sentyabrda baş tutacaq. Hazırkı prezident Ali Koç yenidən namizədliyini irəli sürüb. Onunla yanaşı, Saadettin Saran, Hakan Bilal Kutlualp və Mahmut Uslu namizədliyini açıqlayıb. Əsas yarışın Koç və Saran arasında keçəcəyi proqnozlaşdırılır. 

Maraqlıdır, “Fənərbağça”nın yeni prezidenti kim olacaq? 

Mövzu ilə bağlı tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, seçkinin favoriti Saadettin Sarandır: 

“Klubun sabiq prezidenti Aziz Yıldırımın son dönəmləri azarkeşlərin ciddi narazılığına səbəb olmuşdu. Ondan sonra Ali Koça ümidlər çox böyük idi. Elə Koçun 2018-ci ildə keçirlən seçkidə Yıldırımı böyük fərqlə məğlub etməsinin də səbəbi bu idi. Lakin Ali Koç ümidləri doğrultmadı. 

İndiki məqamda da onun favorit olmadığını düşünürəm. Saadettin Saran isə nüfuzu kifayət qədər yüksək olan və əsas favorit sayılan namizəddir. O, böyük vədlər verməklə seçkilərdə qalib gəlmək şanslarını artırıb. Ali Koçun yenidən seçilmə ehtimalları çox aşağıdır”. 

Ekspertin sözlərinə görə, “Fənərbağça” rəhbərliyi dəyişilməlidir: 

“Çünki klub 11 ildir çempion ola bilmir və əsas rəqibi “Qalatasaray”ın kölgəsində qalır. Bundan başqa, klub 17 ildir Çempionlar Liqasında iştirak etmir. Təbii ki, “Fənərbağça” azarkeşləri də bunu “həzm edə” bilmirlər. Ümumiyyətlə, Ali Koç dönəmi çox sayda qalmaqalla yadda qaldı. 

Onun kluba rəhbərlik etdiyi 7 ildə ərzində çempion ola bilməməsi biabırçılıqdır. Bu, Aziz Yıldırım kimi hegemonu məğlub edərək seçilən prezident üçün fiaskodur. O, “Fənərbağça”da çox sayda baş məşqçi dəyişdi. 7 il ərzində 11 dəfə baş məşqçi dəyişdirilməsi klubun necə idarə olunduğunu göstərir”. 

Mehman Süleymanovun proqnozuna əsasən, Ali Koç ilk turda məğlub olacaq:

“Seçkinin ikinci tura qalacağını zənn etmirəm. Yəni ilk turda qalib müəyyənləşəcək. Hesab edirəm ki, Ali Koç bu mübarizədə favorit deyil və ilk turdaca məğlub olacaq”. 

Elmir Mustafa 
a“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri