Fənərbaxça futbolçuları təhdid edilir
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Karagümrük"ə 0:2 hesablı gözlənilməz məğlubiyyətdən sonra "Fənərbaxça" klubunda gərginlik pik həddə çatıb.
QOL.az xəbər verir ki, "TRT Spor"un yaydığı məlumata görə, çempionluq yarışında ağır zərbə alan "sarı-lacivərdlilər"in futbolçuları və onların ailə üzvləri matçdan dərhal sonra sistemli şəkildə kütləvi təhqir və təhdidlərlə üzləşiblər.
Bildirilir ki, oyunçuların və ailə üzvlərinin şəxsi telefonlarına ciddi məzmunlu hədə-qorxu mesajları göndərilib. Bununla bağlı klubun hüquq şöbəsi və futbolçuların vəkilləri bütün mesajları sənədləşdirməyə başlayıblar.
Qeyd edək ki, autsayder "Karagümrük"ə məğlubiyyət "Fənərbaxça"nın turnir cədvəlindəki mövqeyinə ciddi təsir edib və azarkeşlərin sərt etirazına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Mart 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















