Icma.az
close
up
RU
Fənərbaxça kolumbiyalı ulduzla anlaşdı!

Fənərbaxça kolumbiyalı ulduzla anlaşdı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bir sıra önəmli isimlərlə danışıqlar aparmasına baxmayaraq hələ də transferdə fanatlarını intizarda saxlayan ''Fənərbaxça'' ilə bağlı nəhayət, mühüm bir xəbər var.
Belə ki, İstanbul nəhəngi ''Əl-Nəssr''in kolumbiyalı hücumçusu, Kriştiano Ronaldonun komanda yoldaşı Con Duranı icarə əsasında Türkiyəyə gəlməyə razı salıb. Özü də bu xəbəri elə-belə mənbə yox, tanınmış insayder Fabritsio Romano yayıb.
Şayiələrə inansaq, son günlər Kolumbiyada olan ''Fənər'' rəsmiləri istedadlı futbolçunu razı salmaq üçün dəridən-qabıqdan çıxıblar.
Yeni idman direktoru Devin Özək Duran ilə üzbəüz görüşərək ona klubun layihəsini və gənc oyunçunun bu layihədəki rolunu anladıb. Elə baş məşqçi Joze Mourinyo da onunla telefonda görüntülü danışaraq Istanbula dəvət edib. 21 yaşlı futbolçu yenidən Avropaya qayıdaraq ''Fənərbaxça''da oynamağa razılıq verib. Amma bu, yalnız işin yarısıdı. ''Əl-Nəssr'' ilə də anlaşmaq lazımdı.
Hər halda klub ötən mövsümün qış fasiləsində 77 milyon avroya ''Aston Villa''dan transfer etdiyi forvardı havayı buraxmayacaq.
Xatırladaq ki, ''sarı-lacivərdlilər'' ötən qış ''Əl-Nəssr''dən Anderson Talişkanı transfer etmişdilər. Bu klub faktiki olaraq Duranı Talişkanın yerinə heyətə qatmışdı. Amma göründüyü kimi ''Fənər'' bu futbolçuya da göz qoyub. Duran geridə qoyduğumuz mövsümdə ''Aston Villa'' və ''Əl-Nəssr''də ümumilikdə 47 rəsmi oyuna çıxaraq 24 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyun 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see230

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see228

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see227

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see227

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see225

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see213

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see203

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see202

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see199

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see198

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see191

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see186

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see185

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see181

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see179

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see177

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see171

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see171

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see169

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri