Fənərbaxça matçında göstərdiyi şou generalı işindən etdi
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Konyaspor" - "Fənərbaxça" matçı zamanı stadionun üzərindən uçan F-16 və Sikorski UH-60 helikopterləri müzakirə mövzusuna çevrilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Belə ki, "Konyaspor"un "Fənərbaxça"nı məğlub etdiyi oyunda, ilk hissədə stadionun üzərindən uçan F-16 və Sikorski UH-60 diqqət çəkib.
Uçuşların "Konyaspor"la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri general-mayor Mete Kuşun əmri ilə həyata keçirildiyi məlum olub. Bu, Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.
Hadisədən sonra general-mayor Mete Kuş başqa vəzifəyə təyin edilib. O, Konyadakı 3-cü Əsas Reaktiv Baza və Qarnizon komandiri vəzifəsindən uzaqlaşdırılaraq Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.
Bu təyinat Türkiyə Silahlı Qüvvələri daxilində "rütbənin aşağı salınması" kimi şərh edilib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 29 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















