Fənərbaxça mübarizəni dayandırdı Avroliqada gecənin nəticələri
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, cavab matçlarının hamısı eyni gündə keçbirili.
Türkyə "Fənərbaxça"sı ilk oyunda uduzduğu "Nottinqem Forest"i qəbul edib. İstanbul komandası matçda qələbə qazansa da, ümumi hesabda yenildiyi üçün mübarizəni dayandırıb.
Pey-off mərhələsinin cavab görülərindən sonra "Ferensvaroş", "Panatinaikos", "Ştutqart", "Lill", "Selta", "Bolonya", "Nottinqem Forest" və 1/8 finala yüksəldiyi dəqiqləşib.
Qeyd edək ki, daha əvvəl "Portu" (Portuqaliya), "Midtyulland" (Danimarka), "Braqa" (Portuqaliya), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Pley-offdan 1/8 finala adlayanlar bu mərhələyə birbaşa vəsiqə qazanmış komandalarla üz-üzə gələcəklər.
UEFA Avropa Liqası, pley-off mərhələsi, cavab oyunları
26 fevral
21:45. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) - 2:0
Qollar: Kaniçovski, 14, Zaxariassen, 30
İlk oyun – 1:2
21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) - 1:1, Penaltilər seriyası - 3:4
Qollar: Spasil, 62 - Tette, 9
Qırmızı vərəqə: Xavi, 105 ("Panatinaikos")
İlk oyun – 2:2
21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya) - 0:1
Qol: Makkouen, 1
İlk oyun – 4:1
21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) - 0:2
Qollar: Jiru, 4, Nqoy, 99
İlk oyun – 1:0
00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) - 3:3
Qollar: Sor, 51, İto, 100, Heymans, 114 - Bakrar, 45+2, Stoykoviç, 57-pen; 75
Qırmızı vərəqə: Stoykoviç, 105 ("Dinamo")
İlk oyun – 3:1
00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) - 1:0
Qol: Svedberq, 63
İlk oyun – 2:1
00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbaxça" (Türkiyə) - 1:2
Qollar: Hudson-Odoi, 68 - Aktürkoğlu, 22, 48-pen.
İlk oyun – 3:0
00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç) - 1:0
Qol: Mario, 56
Qırmızı vərəqə: Sorensen, 37 ("Brann")
İlk oyun – 1:0
Baxış sayı:119
Bu xəbər 27 Fevral 2026 02:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















