Fənərbaxça nı sabiq komandasına dəyişəcək
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbaxça”nın futbolçusu Fred karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “İnternasyonal” maraqlıdır.
Təcrübəli yarımmüdafiəçinin qışda sabiq komandasına qayıtmağı gündəmdədir. Braziliya klubu onun keçidini məhz bu qış həll etməyə çalışır.
“İnternasyonal”, “Şaxtyor”, “Mançester Yunayted” klublarında oynamış Fred 2023-cü ildə “Fənərbaxça”ya keçib.
Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Baxış sayı:86
Bu xəbər 17 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















