Icma.az
close
up
RU
Fənərbaxça nı təhqir edən futbolçunun klub üzvlüyü ləğv ediləcək

Fənərbaxça nı təhqir edən futbolçunun klub üzvlüyü ləğv ediləcək

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Fənərbaxça''nın sabiq futbolçusu, hazırda karyerasını ''Eyüpspor''da davam etdirən Canər Ərkinlə bağlı maraqlı xəbər yayılıb.

''Football-plus.az'' xəbər verir ki, superliqanın 17-ci turunda ''Eyüpspor''la ''Fənərbaxça''nın dueli 1:1-lik bərabərliklə yekunlaşmışdı. Həmin qarşılaşmanın fasiləsində böyük qalmaqal qopmuşdu. Qalmaqalın əsası fasilədən bir neçə dəqiqə öncə ''Fənər''in vurduğu bərabərlik qolu zamanı qoyulmuşdu. Cinahda top uğrunda mübarizə zamanı İrfan Can Kahvecinin dirsəyi Canərin üzünə tuş gəlmişdi. Amma hakim oyunu davam etdirmiş və həmin hücum Ən-Nəsirinin qolu ilə yekunlaşmışdı. Bu epizod meydan sahiblərinin çox böyük narazılığına səbəb olmuş, hətta ''Eyüpspor''un baş məşqçisi Arda Turan tribunaya göndərilmişdi. Gərginlik paltardəyişmə otağına aparan dəhlizdə də davam etmiş, iki komandanın üzvləri arasında çaxnaşma yaşanmışdı. Bunu oyunsonrası mətbuat konfransında Joze Mourinyo da təsdiqləmişdi.
Bu arada məlum olub ki, həmin matçın fasiləsində Canər Ərkin həm ''Fənər''in futbolçularını, həm də məşqçilər korpusuna ağır söyüşlərlə təhqir edib. Bunu ortaya çıxaran isə Mourinyo olub. Belə ki, ünlü mütəxəssis aləm bir-birinə dəyərkən telefonunu çıxararaq baş verənləri bir müddət videoya çəkib. Canərin söyüşləri də məhz həmin videoya düşüb. Bunun ortaya çıxmasının ardından isə ''Fənərbaxça''da Canərin klub üzvlüyünün ləğv olunması məsələsi gündəmə gəlib. 36 yaşlı müdafiəçi ''Fənər''də 2010-16-cı illərdə, eləcə də 2020/21 mövsümündə çıxış edib. O, uzun illərdi, klubun rəsmi üzvüdü və prezident seçkilərində də dəfələrlə iştirak edərək səs verib.
Türkiyə mətbuatının yazdığına inansaq, Canərin üzvlüyünün ləğv olunması məsələsi ilə klubun sabiq prezidenti Əziz Yıldırım özü məşğul olur. Daha öncə ''Qalatasaray'' və ''Beşiktaş''da da forma geymiş Canər bu mövsüm ''Eyüpspor''da 13 rəsmi oyunda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazıb.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri