Fənərbaxça nın zədəli futbolçusu derbiyə hazırlaşır
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fənərbaxça"nın zədəli futbolçusu Marko Asensio yaşıl meydanlara geri qayıdır.
QOL.az xəbər verir ki, müalicəsi uğurla başa çatan ispaniyalı futbolçu cümə günü komanda ilə məşqlərə başlayacaq.
"Beşiktaş"la keçirilən derbi matçında zədələnən 30 yaşlı yarımmüdafiəçi bu səbəbdən "Kayserispor" və "Rizespor"la oyunları buraxıb. O, həmçinin bu axşam kubok çərçivəsində baş tutan "Konyaspor"la görüşün heyətində də yer almayıb.
Artıq zədəsini sağaldan təcrübəli oyunçunun aprelin 26-da "Qalatasaray"a qarşı keçiriləcək derbi matçının heyətinə daxil ediləcəyi bildirilir.
Qeyd edək ki, Marko Asensio cari mövsümdə "Fənərbaxça"nın heyətində çıxdığı 37 rəsmi qarşılaşmada 13 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:134
Bu xəbər 21 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















