Fənərbaxça Serbiya millisinin üzvü ilə anlaşdı
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək üzrədir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Srvena Zvezda"da çıxış edən Oqnem Mimoviçi heyətinə qatmağa yaxındır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" serbiyalı sağ cinah müdafiəçisi ilə razılıq əldə edib. Klublar anlaşsa, 20 yaşlı futbolçu yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Srvena Zverda" Oqnem Mimoviçi 2020-ci ilin avqust ayında "Metalats" akademiyasında transfer edib. Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Yanvar 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















