Icma.az
close
up
RU
“Fənərbaxça” və “Kasımpaşa” kubokdan çəkilir?

“Fənərbaxça” və “Kasımpaşa” kubokdan çəkilir?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə kubokunda mübarizə davam edir.

4-cü mərhələyə yekun vuruldu vƏ 5-ci mərhələnin püşkü atıldı. Nəhənglər hələ ki mübarizəyə qoşulmayıb. 38 komandanın iştirak etdiyi 5-ci mərhələyə dekabrın 17-19-da yekun vurulacaq. Daha sonra qrup mərhələsi başlayacaq və superliqanı ötən mövsüm ilk “5-lik”də tamamlayan klublar da mübarizəyə qoşulacaq. Hər birində 6 komanda olmaqla 4 qrup müəyyənləşdiriləcək. İlk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaq.
İndi maraq doğuran başqa bir məqam var. Türkiyə mətbuatında yayılan iddialara görə, “Fənərbaxça” və “Kasımpaşa” bu mövsüm ölkə kubokunda iştirak etmək istəmir! Hətta hər iki klubun bununla bağlı Türkiyə Futbol Federasiyasın məktub göndərdiyi də məlum olub. Federasiyadan hələ ki onların müraciətinə cavab verilməyib. Bu klubların kubokdan imtina etmək istəməsinin başlıca səbəbi isə bu turnirdəki gəlirlərin çox cüzi olmasıdı. Əslində bu məsələ uzun illərdi tez-tez gündəmə gətirilir. Türkiyə kubokunda hər qələbə və mərhələnin adlanılması üçün verilən pul mükafatı klubların xərclərini qarşılamır! Bu xərclərə hər oyun üçün futbolçulara ödənilən məbləğ, eləcə də səfərə yollanmaq üçün sərf olunan pul daxildi. Əvvəlki illərdə də klublar bu məsələni tez-tez gündəmə gətirsə də, TFF bu problemə bir çarə tapa və turnirin mükafat fondunu artıra bilmir. Püşkatma mərasimində “Fənərbaxça” ilə “Kasımpaşa”dan heç bir nümayəndənin olmaması da onların niyyətinin ciddiliyindən xəbər verir.
Düzdü, “Fənər” mübarizəyə yalnız qrup mərhələsindən qoşulacaq. Amma “Kasımpaşa” 5-ci mərhələdə 1-ci liqa təmsilçisi “Gənclərbirliyi”nə rəqib olub. Yəni bu klubdan bir nümayəndə püşkatmada iştirak etməliydi. Ötən mövsüm “Fənər”, bilindiyi kimi, federasiyaya etiraz əlaməti kimi superkubokda “Qalatasaray”la oyuna gənclərdən ibarət komanda ilə çıxmış və 1-ci dəqiqədən sonra meydandan çəkilmişdi. Hələ həmin vaxt “Fənər”in 2024/25-də ölkə kubokunda iştirak etməyəcəyi haqda şayiələr yayılmışdı. Amma bəzi mənbələr iddia edir ki, həm “Fənər”, həm də “Kasımpaşa” gənclərdən ibarət komandanı meydana çıxarmaqla turnirdə iştirakını davam etdirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri