Icma.az
close
up
RU
Fənərbaxça ya qol vuran futbolçu: Qalatasaray a da sürprizimiz olacaq

Fənərbaxça ya qol vuran futbolçu: Qalatasaray a da sürprizimiz olacaq

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi Türkiyə çempionatının son turunda ''Kayserispor'' səfərdə sürpriz şəkildə ''Fənərbaxça''nı büdrədərək (3:3) çempionluq mübarizəsi aparan rəqibinə ciddi zərbə vurdu.

Həmin oyunda kayserililərin heyətində ilk qolu vuran Ramazan Civelek ilə hər 3 qolda yaxından iştirak edən Gökhan Sazdağı öz oyunu ilə diqqət çəkməyi bacardı. Maraqlıdı ki, onların hər ikisi ''Fənərbaxça''nın yetirməsidi. Ramazan peşəkar karyerasına məhz İstanbul nəhəngində start verib.
Daha sonra ''Qaziantep'' ''Sakaryaspor'' və ''Fatih Karagümrük''də top qovan 29 yaşlı vinger 2020-ci ildən ''Kayserispor''dadı. Bu mövsüm 24 rəsmi oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə fərqlənən Ramazan bir neçə həftə sonra ''Qalatasaray''a qarşı da layiqli mübarizə aparacaqlarını bildirib:

''Fənər''lə oyundan sonra qarışıq duyğular yaşadım. Bir tərəfdən sevincli idim. Amma tam sevinə bilmirdim. Çünki ''altyapı'' da daxil olmaqla ''Fənər''də 13-14 il keçirmişəm. Türkiyənin ən böyük klublarından birinə qol vurdum. ''Fənərbaxça''nın çörəyini yemişəm və o klub sayəsində peşəkar olmuşam. Amma şərəfini qoruduğun kluba xəyanət etməməyi məhz orda öyrənmişəm. Bu üzdən mən də, Gökhan Sazdağı da meydanda aslanlar kimi mübarizə apardıq. ''Qalatasaray''a da sürprizimiz olacaq. Dörd həftə sonra onlara qarşı da səfərdə oyunumuz var. Həmin matçda da aslanlar kimi mübarizə aparacağıq. Mövsümün sonuna qədər hər xal uğrunda döyüşəcəyik''.


Ramazanın sözləri ''Samsunspor'' başqanı Yüksəl Yıldırımın ''Fənərbaxça'' ilə oyundan sonra verdiyi açıqlamaları bənzəyir. Samsun təmsilçisi 28-ci turda səfərdə ''Fənərbaxça''nı büdrətdikdən (0:0) sonra Yıldırım ''Qalatasaray''dan da xal alacaqlarına söz vermişdi. Amma 31-ci turda sürpriz qeydə alınmamış və ''Qalatasaray'' Samsunda 2:0 hesablı inamlı qələbə qazanmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri