“Fənərbaxça”da səs küylü transferlər
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
"Fənərbaxça”nın prezidentliyinə namizəd Hakan Safinin transfer planları ilə bağlı yeni iddia ortaya atılıb.
AZXEBER.COM xəbər verir ki, Safi azad agent statusunda olan polşalı hücumçu Robert Levandovskinin nümayəndələri ilə görüş keçirib. Tərəflər arasında futbolçunun mümkün transferi ilə bağlı müzakirələr aparıldığı bildirilir.
İddialara görə, görüş zamanı 37 yaşlı forvard üçün nəzərdə tutulan "1+1” illik müqavilənin şərtləri nəzərdən keçirilib. "Barselona” ilə müqaviləsi başa çatan Levandovskinin karyerasını Türkiyədə davam etdirmək variantını dəyərləndirdiyi qeyd olunur.
Xəbərdə bildirilir ki, Hakan Safi seçkilərdə qalib gələcəyi təqdirdə komandaya bir neçə tanınmış futbolçu cəlb etməyi planlaşdırır. Bu siyahıda Türkiyə millisinin üzvləri Merih Demiral və Hakan Çalhanoğlunun da yer aldığı vurğulanır.
Hər iki futbolçu ilə ilkin təmasların qurulduğu və onların da transfer layihəsində əsas hədəflər sırasında olduğu iddia edilir. Klub və futbolçular tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Baxış sayı:109
Bu xəbər 06 İyun 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















