Icma.az
close
up
RU
Fənərbaxçanın şanssızlığı və ya 11 illik həsrət

Fənərbaxçanın şanssızlığı və ya 11 illik həsrət

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

117 illik tarixə malik bir komanda düşünün…

Hansı ki, bu klub 11 ildir azarkeşlərini sevindirə bilmir. Məncə, bildiniz söhbət hansı komandadan gedir. Bəli, düz tapdınız, “Fənərbaxça”dan...

Bir neçə ildir ki, öz əzəmətli keçmişindən uzaq düşən “Fənərbaxça” izləyirik. Son olaraq Aziz Yıldırım dövründə çempionluğa qovuşan klub, hələ də istənilən nəticəni əldə edə bilmir. Bəs səbəb nədir?

Əslində, azarkeşlər bu sualın cavabını Ali Koçun rəhbərliyə gəlməsi ilə bağlayırlar. Onlara görə, 6 ildir klubda prezident vəzifəsini icra edən türkiyəli iş adamının atdığı addımlar, oyunçulara münasibəti, tez-tez baş məşqçilərin dəyişdirilməsi ciddi problemdir.

“Sarı-lacivərdlilər” ən son çempion olduqlarında hamının sevimlisi, adına mahnılar yazılmış Aleks De Souza komandanın bir parçası idi. Hazırda bilirsiz o, hardadır?

Elə Türkiyədədir, lakin baş məşqçi kimi. Özü də “Sivasspor”un çalışdırıcısı postunda. Görün vaxt nə tez keçib gedir... 

Yadıma gəlir ki, axırıncı dəfə çempion olanda “Fənər” azərkeşi kimi, öz yığdığım pulla, çempion komandanın formasını almışdım. İndilərdə isə tək fikirləşdiyim, “görəsən biz nə vaxt çempion olacağıq?” sualıdır...

Sabiq “Fənərbaxça”lı Atıf Şeşu bir reportajında bildirmişdi ki, sanki Ali Koç “Pleysteyşın” oynayır. Bu söz mənim çox xoşuma gəlmişdi. İndi soruşa bilərsiz ki, “nə uyğunluq var ki?”. Gəlin mən sizə izah edim.

Ali Koç rəhbərliyə gəldiyindən bəri, komandanın əsas heyəti hər il dəyişir, yenidən qurulur. Avropanın bir çox köklü klublarına nəzər yetirsəniz görərsiz ki, bu cür yanaşmadan uzaq dururlar. Səbəb isə çox sadədir - oyunçuların bir-birini daha yaxşı anlaması. 

Bu mövsüm üçün də (hər il olduğu kimi) çempionluq vədi verən Ali Koç bunun üçün əlindən gələn hərşeyi edir. Mövsümün əvvəli dünyaca məşhur baş məşqçi Joze Mourinyonu gətirən prezident hamımızın içində bir ümid "yeşərtdi". Amma dünyanın ən yaxşı baş məşqçisi də olsan, “Fənər”ə “ayaq basdığın” an artıq bədbəxtlik səni tapır.

Qurulan heyət ən azı Avropa Liqasında mübarizə üçün yetərlidir. Lakin əvəzində komanda ölkə çempionatında “Samsunspor”un gerisindədir. Həmin “Samsunspor”un heyətində Ceko, Tadiç, Fred və ya En-Nesiri yoxdur. Komandanın əsası yerli futbolçulardan təşkil olunub. Demək ki, məsələ heyət deyil.

Heyətdə aparılan islahatlar, baş məşqçi dəyişikliyi heç bir işə yaramır. Ötən mövsümü yadınıza salın. İsmail Kartal dönəmində “Fənərbaxça” 99 xal topladı. Təsəvvür edin ki, komanda bu xalla da çempion ola bilmədi. “Sarı-lacivərdlilər” keçən sezon yalnız bir məğlubiyyət aldı və həmin yenilgi onları çempionluqdan etdi.

Sözümdən inciməyin, amma “Fənərbaxça” artıq çempionluq havasını itirib. Nə futbolçular, nə texniki heyət, nə klub rəhbərliyi, nə də ki, azarkeşlər buna inanır. Əvvəllər “Fənərbaxça” çempion olacaq” deyəndə heç kəsə qəribə gəlməzdi, hamı bunu normal qəbul edərdi. İndi isə buna inanan yoxdur. Komandanın çempion ruhu itib. Əsas problem budur. Həmin ruhu yenidən özünə qaytarmaq lazımdır. Bu isə heyət və ya məşqçi dəyişməklə düzəlməyəcək. Klub rəhbərliyi bir araya gəlib çıxış yolu tapmalıdır. Həmin özünəinamı komandaya qaytara bilmirlərsə, tutduqları vəzifəni tərk edib çıxıb getməlidirlər.

Nəticədə “Qalatasaray”ın illərdir “Fənərbaxça”nın irəlisində olduğu danılmaz bir faktdır. “Sarı-lacivərdlər” “Cimbom”dan üstün olsa belə, “sarı-qırmızılar”ın “onsuzda nəticədə çempion biz olacağıq” düşüncəsi ağır gəlir. İzləyək, görək necə olacaq…

Hacı Heydərov

Raul Ermənistan millisinə rəhbərlik edə bilər Kerem Aktürkoğlu üçün 100 milyon avro Trossardın yerinə Kudüs Qyökereş Ronaldoyla komanda yoldaşı ola bilər Fatih Tekke istefa verib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Noyabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri