Fənərin rekord seriyası derbidə qırıldı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə çempionatında 15-ci turun mərkəzi oyununda ''Fənərbaxça'' ''Beşiktaş''ın qonağı oldu.
Bu dəfəki İstanbul derbisində ''Fənər'' favorit hesab olunurdu. Çünki ''Qartal'' son dönəmlərdə çox zəif çıxış edirdi. Amma Joze Mourinyonun komandası favorit statusunu doğrulda bilmədi. Son cəmi 5 turda cəmi 2 xal toplayan ''Beşiktaş'' güclü rəqibini 1:0 məğlub edərək uğursuzluq zolağından çıxdı.
Yeganə qolu 73-cü dəqiqə Aleks-Oksleyd-Çemberleyn vurdu. Bununla da ''Fənər''in tarixinin rekord seriyası qırıldı. Belə ki, komanda Türkiyə çempionatında son 26 səfər oyununda uduzmamışdı. ''Sarı-lacivərdlilər'' bu qarşılaşmalardan 21 qələbə, 5 heç-heçə ilə ayrılmışdılar. Bundan başqa ''Fənər''in səfərdə ''Beşiktaş''a qarşı 4 oyunluq məğlubiyyətsiz seriyası da qırıldı (1 qələbə, 3 heç-heçə).
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















