Fenomen qadın pula görə uşağını ZƏHƏRLƏDİ
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avstraliyanın Kvinslend ştatında yaşayan 34 yaşlı fenomen ana ilə bağlı iddialar dünya mətbuatında rezonans doğurub.
News24.az xəbər verir ki, sosial mediada fenomen olan qadın körpəsinin ölümcül xəstəliklə mübarizə apardığını iddia edib. Qadın "böyük sıxıntı və ağrı" içində olan körpəsinin şəkillərini və fotolarını sosial şəbəkədə paylaşaraq izləyicilərindən ianə istəyib.
Həkimlər vəziyyəti 2024-cü ilin oktyabrında körpənin səhhətindəki ciddi problemə görə xəstəxanaya yerləşdirilərkən aşkar ediblər.
Belə ki, səlahiyyətlilər qadının ötən ilin avqust-oktyabr ayları arasında uşağa tibbi icazə olmadan dərman verdiyini üzə çıxarıb.
Eyni zamanda, ianə saytında 37 min dollardan çox pul toplayan qadın işgəncə, zəhərlənmə, təhqir və fırıldaqçılıqda ittiham olunub. Qadının bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Günel Məlikzadə
Baxış sayı:100
Bu xəbər 17 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















