Icma.az
close
up
RU
Ferdi Tayfurun 4 arvaddan 5 uşağı İndiyə kimi bilinmirdi

Ferdi Tayfurun 4 arvaddan 5 uşağı İndiyə kimi bilinmirdi

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

79 yaşında dünyasını dəyişən ustad sənətçi Ferdi Tayfurun dəfn mərasimində indiyədək heç yerdə görünməyən övladları diqqət çəkib.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, sənətçinin övladları və anaları da sosial medianın gündəmində olub.

Ferdi Tayfurun 4 fərqli münasibətdən 5 övladı var imiş.

Timur Turanbayburt: Ferdi Tayfurun Konyada tanış olduğu Fatma adlı qadınla birliyindən doğulub. 60 yaşlı Timur Turanbayburt atasının Ferdi Tayfur olduğunu 13 yaşında öyrənib. 2020-ci ilin əvvəlində Ferdi Tayfur böyrək çatışmazlığı yaşadı. Timur Turanbayburt atasına böyrəyini bağışlayıb. Bu ianə Tayfurun sağ qalmasına kömək etdi və ata ilə oğul arasındakı bağı daha da gücləndirdi.

Timur Turanbayburt

Tuğba Dızı və Funda Doğrul: Ferdi Tayfur 1974-cü ildə Zeliha Turanbayburtla evləndi. Zeliha Turanbayburt Ferdi Tayfurun həyatına gənclik illərində daxil olub. Sənətçinin ilk və yeganə rəsmi nikahı Zeliha Turanbayburtla olub. Cütlüyün Tuğba Dınıs və Funda Doğrul adlı iki qızı olub. Ferdi Tayfur 2010-cu ildə yenidən Zeliha Turanbayburtla görüşərək "Həyatımın qalan hissəsini onunla keçirmək istəyirəm" demişdi. İkili Ferdi Tayfurun son anına qədər Marmarisdə yaşayıb.

Tuğba Dızı və Funda Doğrul

Tuğçe Tayfur: Ferdi Tayfur və Necla Nazırın qızı Tuğçe Tayfurun 37 yaşı var. Məşhur cütlük 33 il birlikdə yaşayıb.

Tuğçe Tayfur

Ferdi Taha Tayfur: Ferdi Tayfurun Həbibe Ümyani Demirlə münasibətindən 2009-cu ildə Ferdi Taha adlı oğulları dünyaya gəlib. Ferdi Taha indiyə qədər tənha bir həyat yaşasa da, ilk dəfə 2024-cü ilin noyabrında atasının ad gününü qeyd etmək üçün sosial media hesabında paylaşdığı paylaşımla üzə çıxıb.

Ferdi Taha Tayfur

Ferdi Tayfurun bir müddətdir ayrı olduğu qızı Tuğçe Tayfur tabutun yanına gəldi. “Ata ilə qızı düşmənə çevirdilər” - baş verənlərdən sonra Şirin Gözalıcı sosial şəbəkə hesabında Ferdi Tayfurun fan səhifəsi tərəfindən edilən paylaşımı yayımlayıb.

Tuğçe Tayfur anası və atası ilə birlikdə fotosu

Qeyd edək ki, dəbdəbədən və nümayişkaranəlikdən uzaq, təvazökar bir həyat sürən arabesk musiqisinin əfsanəvi adı Ferdi Tayfurun ölümündən sonra geridə qoyduğu sərvət və sərmayələrinin böyüklüyü insanları heyrətə salıb. Belə ki, onun İstanbul, Adana və Marmarisdə böyük sərmayələrin sahibi olduğu məlum olub.

79 yaşında dünyasını dəyişən Tayfurun İstanbulun müxtəlif rayonlarında 6 villası və 30 mənzili, Adanada isə 50 mənzili  olduğu məlum olub.

Tikinti sektorunda da böyük səhmləri olan Tayfurun bu sahədəki sərmayələrinin təfərrüatları tam olaraq bilinmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri