Ferdi Tayfurun vəsiyyətinin detalları açıqlandı
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
79 yaşında qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun vəsiyyətinin detalları məlum olub.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, daha əvvəl F.Tayfurun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Şirin Gözalıcı "Instagram" hesabında sənətçinin vəsiyyəti haqqında yazmışdı.
"Əslində bu vəsiyyəti özü paylaşmaq istəyirdi, ancaq təəssüf ki, ömrü çatmadı. O, sərvətinin bir qismini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Fonduna, Leykozlu Uşaqların Sağlamlıq və Təhsil Fonduna (LÖSEV) ianə edərək xalqına olan sevgisini və bağlılığını bir daha göstərib", - deyə o vurğulamışdı.
İndi isə məlum olub ki, F.Tayfur ümumilikdə üç milyard Türkiyə lirəsi dəyərində olan sərvətinin 10%-ni fondlara verib. Sənətçi dörd dükanını Türkiyə Silahlı Qüvvələrinə, səkkiz lüks villasını LÖSEV-ə, iki villasını və bir dükanını Darüşşafaka Fonduna bağışlayıb.
Xatırladaq ki, F.Tayfur yanvarın 2-də dünyasını dəyişib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















