Icma.az
close
up
RU
“Fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı...”

“Fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı...”

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Milli Məclisin deputatı Razi Nurullayev çıxışı zamanı bildirib ki, “Kəndlinin torpağı var, amma bazarı yoxdur. Rəqəmlər göstərir ki, kənd təsərrüfatı məhsullarının satışının 70 faizdən çoxu iri tədarükçülər və topdansatış mərkəzləri vasitəsilə həyata keçirilir. Yəni bazar artıq iri fermerlərin və böyük şirkətlərin əlindədir”.

Adalet.az-a açıqlamasında deputatın fikirlərinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onun haqlı olduğunu bildirib:

“Deputatın bu fikirləri ilə tam həmfikirəm. Çox təəssüflər olsun ki, ölkədə kooperatsiya haqqında qanun qəbul olunsa da bu işləmədi və yaxud da işləməsinə imkan vermədilər. Bir çox böyük təsərrüfat yaratmaq imkanı olan adamlar kəndlilərdən torpaqları satın aldılar, özləri birləşdirdilər, su mənbələrinə əlçatanlıq azaldı, kooperatsiya qanunları işləmədi, kəndlilər birləşə bilmədi, torpaqları müxtəlif yerlərdə verildi. Ona görə də torpaq resursları böyük fermer təsərrüfatlarının əlində birləşdi”. 
E.Hüseynov deyib ki, fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı yox dərəcəsindədir:

“Çünki paytaxt bazarına çıxan meyvə-tərəvəz “Meyvəli” bazarına gətirilir, orda bazarın ikinci subyekti olan alverçilərin əli isə sənədləşdirilir və Bakı bazarlarına çatdırılır. Kəndlinin isə ora gətirdiyi malları alverçilər qəbul etmirlər. Kəndlilərin fərdi təsərrüfatlarında yetişdirilən meyvə-tərəvəzlər bazar tələbatına uyğun olmur. Böyük təsərrüfatlarda yetişdirilən mallar və xüsusi aqronom, baytar nəzarəti altında olduğu üçün  bazar tələbatına da uyğun olur. Fərdi kəndli təsərrüfatında yetişdirilən mallar isə ekoloji təmiz olsa da, lakin ona bazarda yer yoxdur, çünki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də onlarla fəal işləmir”. 

Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, bu ilki dabaq xəstəliyi prosesində də məlum oldu ki, böyük təsərrüfatlara bu xəstəlik demək olar ki, heç bir zərər vurmayıb:

“Fərdi kəndli təsərrüfatlarında dabaq xəstəliyi geniş yayıldı və başqa bir məsələ isə ondan ibarət idi ki, vurulan vaksinlər də keyfiyyətsiz idi. Bir sözlə, fərdi kəndli təsərrüfatları tamam arxa planda qalıb. Onlar nə istehsal edə, nə bazara çıxara bilir. Bazarın üçüncü subyektlərinin, yəni alverçilərin əlindən heç bir imkanları da yoxdur. Çünki onlar istənilən malı boykot edirlər, bəzi istəmədikləri fərdi təsərrüfatlardan mal alınmasına imkan vermirlər. O cümlədən fərdi kəndli təsərrüfatlarında yetişdirilən malların soyuduculara, saxlanma kameralarına əlçatarlığı da aşağı səviyyədədir. Çünki orda da pul tələb olunur və sair. Kəndli bilmir ki, malı neçəyə satacaq və bəri başdan pul vermək onu qane edəcəkmi yoxsa yox. Deputat Razi Nurullayevin fikirləri tamamilə doğrudur və kənd təsərrüfatında böyük dəyişiklik aparılmalıdır. Xüsusən ölkədə aqronom, baytar çatışmazlığı var. Fərdi təsərrüfatlarda yetişdirilən malların keyfiyyətinin artırılması və onların bazarlara çıxarılması çox vacib məsələlərdən biridir”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri