Icma.az
close
up
RU
Fərdi yaşayış evlərinə dəyən ziyan: Məsuliyyəti kim daşıyır?

Fərdi yaşayış evlərinə dəyən ziyan: Məsuliyyəti kim daşıyır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı aidiyyatı dövlət qurumları cavab verməlidir. Amma heç kim məsuliyyəti üzərinə götürmək istəmir".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı aramsız yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə dəyən ziyanın kim tərəfindən qarşılanacağından danışarkən deyib. 

Ekspert bildirib ki, baş verən hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib və orada icra hakimiyyətlərinə tapşırıqlar verilib:

"İcra hakimiyyətləri nə edəcək? Əllərində avadanlıq, vəsait yoxdur, problemi hansı formada həll edəcəklər? Bu günə qədər hələ görmədik ki, bir məmur və ya dövlət qurumu çıxıb desin: "Bizdən əvvəlki rəhbərliyin yaratdığı şəraitə görə üzr istəyirik və problemi aradan qaldırmağa çalışırıq. Bu problemi 2-3 aya həll etmək mümkün deyil. Amma çalışacağıq ki, iki il ərzində problem həllini tapsın". Belə bir etiraf olmadığı təqdirdə problem qalmaqda davam edir".


"Baş vermiş hadisəni necə qiymətləndirirsiniz" sualına Ramil Osmanlının cavabı belə olub:

"Həm kütləvi informasiya vasitələri, həm də sahə üzrə bəzi mütəxəssislər vəziyyəti fövqəladə hadisə kimi qiymətləndirdi. Amma bu fövqəladə hadisə deyil, təbiət hadisəsidir. Azərbaycanın yerləşdiyi coğrafiyada müəyyən olunmuş illik yağıntı normaları var. Bu dəfə yağan yağışlar normadan artıqdır. Təəssüf ki, son 25-30 il ərzində mövcud xaotik şəhərsalma nəticəsində təsərrüfat vəziyyəti bərbad olub, infrastruktur qeyri-qənaətbəxşdir. İnfrastruktur tələbləri standartlara cavab vermir və bəzi ərazilərdə qurulmayıb. Nəticədə yağış suları evlərin yerləşdiyi ərazilərdə toplanır. Suötürücü xətlər olmadığından sular axmağa yer tapa bilmir. Harada çökəklik varsa, yağış suları orada toplanacaq. Bu, tamamilə təbii və başa düşüləndir".

Ekspert fərdi yaşayış evlərinin arasında məsafə olmadığını və bir-birinə bitişik tikildiyini də xatırladıb:

"Evlərin arasında 1-2 metr məsafə yoxdur. Bu səbəbdən çökəklik ərazilərdə gölməçələr yarandı, gediş-gəliş məhdudlaşdı, yollar su ilə doldu. Qurulan ötürücü tunellər mövcud tikinti standartlarına cavab vermir. Bu ərazilərdə subasma halları daim olacaq".

Ramil Osmanlı hesab edir ki, vəziyyətlə bağlı düzgün qiymətləndirmə aparılmalıdır.

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri