Icma.az
close
up
RU
Fərdi yaşayış evlərinin tikintisində yol verilən səhvlər nələrdir? Ekspert AÇIQLADI

Fərdi yaşayış evlərinin tikintisində yol verilən səhvlər nələrdir? Ekspert AÇIQLADI

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fərdi yaşayış evlərinin tikintisi həm rahat, həm də təhlükəsiz həyat üçün əsas şərtlərdən biridir. Lakin praktikada çox vaxt evlərin inşasında texniki tələblərə əməl olunmur. Tikinti prosesində bünövrə, torpaq analizi, layihə sənədləri və materialların keyfiyyəti kimi mühüm məsələlər nəzərə alınmadan iş görülür və nəticədə “yola verərək” işin sürətləndirilməsi və ya ucuzlaşdırılması kimi hallara rast gəlinir. Bu isə evin möhkəmliyinə və yaşayış şəraitinə mənfi təsir göstərə bilər.

Mövzu ilə əlaqədar memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, fərdi yaşayış evlərini tikən şəxslər əvvəlcə torpağı alır, bir eskiz layihəsi ilə, hansı ki, kvadrat-metri 2-3 manata təklif olunur, onların ətrafında işlər görülür:

“Bir usta gətirib tikməyə başlayırlar. Tikinti başlamazdan onun mühəndis hesabatına əməl edilməlidir.  Məsələn, kommunikasiya xətlərinin layihələndirilməsinə heç müraciət etmirlər. Hansı ki, kommunikasiya xəttinin ana su ötürücü xətlə qoşulması mütləqdir. Kommunikasiya xətlərini 20–30 santimetr torpağın dərinliyinə basıdırıb tələblərə uyğun olduğunu hesab edirlər. Yəni, bunun ötürücülük gücünün çatıb-çatmaması hesabatı ayrıca bir işdir. Bunların olmaması hər hansı bir hava şəraitində fəsadlar yarada bilir. İlk növbədə torpağın analizi çıxarılmalıdır. Ev tikilərkən onun konstruksiyasının möhkəmliyi, tikinti materiallarının keyfiyyəti, aralarındakı məsafə və onların orijinallığı, betonun markası əvvəlcədən müəyyənləşdirilməlidir. Burada iki ən əsas məsələ var. İndiki halda üzləşdiyimiz budur ki, konstruksiyası möhkəm olan fərdi yaşayış evlərinin belə kanalizasiya və su sistemi öz həllini tapmayıb. Mütəxəssis firmalar tərəfindən layihələndirilmir, gücü, aşağı-yuxarı səviyyəsi hesablana bilmir ki, onun əsasında çağırılmış usta bu boruları bir-birinə qatıb işi hazırlasın. Yəni, bunlar da usta səviyyəsindədir. Evin altından keçən su və kanalizasiya boruları ilə bağlı çox vaxt düşüncə fərqli olur. Peşəkar ustaların gördüyü iş zamanı irəli sürdüyü məqamlar isə bunlardır: Su və kanalizasiya borularının hamısının yükü var, gücü olmalıdır. Eniş-yoxuş hesabatı hazırlanmalıdır. Çəkilən borunun ölçülərinə də diqqət etmək lazımdır, çünki təzyiqli su olan ərazilərə daha kiçik diametrli borular döşənməsi problemlərə səbəb olur. Az pul xərcləmək üçün kiçik diametrli borulara üstünlük verilir. Belə məqamda gərəkli ölçülərdə olmayan borulardan istifadə yalnız tullantı sularının axıdılmasına yaraya bilər, daha böyük həcmdə suyun axıdılmasına bu boruların gücü çatmayacaq. İqlim şəraiti də nəzərə alınmalıdır. Belə hallarda artıq o borular ötürücü rolunu oynaya bilmir. Burada borunun materialı, diametri, uklon, eniş-yuxuşa görə ötürücülük qabiliyyəti hesablanmalıdır ki, bunların heç biri edilmir. Yəni, ustaya edilən ödəniş məbləğinin aşağı olması bütün bu proseslərin gözdən qaçmasına və son nəticədə ciddi fəsadlara səbəb olur”.
Nurcan Babək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:392
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri