Fərəh Əliyeva: “Yalnız bilik və bacarıq yox, mənəvi dəyərlər də vacibdir”
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Cəmiyyətin bəzi təbəqələrində dəyərlər ayaq altına atılır, yalan və ikiüzlülük normaya çevrilir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinin açılış mərasimində səsləndirib.
Fərəh Əliyeva vurğulayıb ki, insanın yüksəlişi təkcə titullarla və vəzifələrlə ölçülməməli, onun cəmiyyətə verdiyi fayda və qazandırdığı dəyərlər əsas olmalıdır.
“Əgər bir insan yalnız öz istəyinə görə hərəkət edir və bu yolda başqalarına zərər verirsə, onun yüksəlişi əslində bir süqutdur. Dəyərli insan olmaq üçün yalnız bilik və bacarıq kifayət deyil, həm də əxlaqi və mənəvi prinsiplər vacibdir. Əks halda nə cəmiyyət, nə də tarix belə insanları xatırlamaq istəməz”, – deyə o əlavə edib.
Fərəh Əliyeva bildirib ki, “Yüksəliş” müsabiqəsinin əsas məqsədi mənəviyyatlı insanları üzə çıxarmaqdır:
“Sizin yüksəlişiniz dövlətin yüksəlməsi deməkdir”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 18 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















