“Ferensvaroş”un stadionu tam dolacaq “Qarabağ”ı neçə azarkeş dəstəkləyəcək?
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Ferensvaroş” - “Qarabağ” görüşünə böyük maraq var.
QOL.az xəbər verir ki, bu gün axşam Budapeştdəki “Groupama Arena”nın tam dolacağı gözlənilir. Stadionun 23 min 700 azarkeş tutumu var. Bu, Ferens Puşkas stadionundan sonra Macarıstanın ikinci ən böyük arenasıdır.
Bu gün “Ferensvaroş”la yanaşı “Qarabağ” da dəstəksiz qalmayacaq. Ağdam klubunun mətbuat xidmətindən QOL.az-a bildirilb ki, bu gün səhərə olan məlumata əsasən, “Qarabağ” azarkeşlərinin olacağı sektora artıq 400 bilet satılıb. Bu say matçın başlamasına qədər daha da arta bilər.
Xatırladaq ki, “Ferensvaroş” - “Qarabağ” oyunu bu gün yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) başlanacaq. Cavab matçı avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















