Icma.az
close
up
RU
Ferentsvaroş Qarabağ üçün keçiləsi rəqibdir Azər Bağırov

Ferentsvaroş Qarabağ üçün keçiləsi rəqibdir Azər Bağırov

Icma.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində səfərdə minimal hesabla yendiyi "Şkendiya"nı evdə 5:1 hesabı ilə darmadağın edən "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəldi. Ağdam təmsilçisi bu raundda "Ferentsvaroş" (Macarıstan) ilə üz-üzə gələcək. Tanınmış məşqçi, "Araz-Naxçıvan"ın və "Kəpəz"in sabiq çalışdırıcısı Azər Bağırovla əlaqə saxlayıb "köhlən atlar"ın ÇL-in Liqa mərhələsində mübarizə aparmaq perspektivi barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Birinci oyundan sonra saytınıza verdiyim açıqlamada "Qarabağ"ın məsələni ikinci matçın ilk yarısında həll edə biləcəyini demişdim. Belə də oldu. "Şkendiya" "Qarabağ" önündə tam komlektləşməmiş komandaya bənzəyirdi. Şimali Makedoniya təmsilçisinin fiziki və taktiki dayanıqlılığı o səviyyədə deyildi. Eləcə də rəqibin xətlərarası əlaqə baxımından problemləri olduğu sezildi. Artıq təmsilçimiz pley-offdadır və "Ferentsvaroş"la üz-üzə gələcəyi dəqiqləşib. "Ferentsvaroş" "Qarabağ" üçün keçiləsi rəqibdir. Macarıstan komandası standart vəziyyətlər, müdafiənin arxasına göndərilən uzun ötürmələr və yetərincə yaxşı reallaşdırdığı əks-hücumlar zamanı daha təhlükəlidir. Yəni rəqibin heyətində fərdi keyfiyyəti ilə seçilən oyunçuların sayı çox deyil. Çempionlar Liqasının pley-offundan danışırıqsa, "Ferentsvaroş"la qarşılaşmaq Liqa mərhələsinə düşmək üçün yaxşı şansdır".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Avqust 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see583

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see289

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see268

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see267

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see251

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see251

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see248

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see227

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see220

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see216

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see212

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see211

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see204

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see195

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see192

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see189

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see177

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see173

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri