Ferentsvaroş un Qarabağ la oyunu haqda planı bilindi Robbi Kinin qərarı nədi?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Ferentsvaroş"un Bakıya səfər planı bəllidi.
Bu barədə "Football-plus.az"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, "yaşıl qartallar" paytaxtımıza avqustun 26-da, yəni çərşənbə axşamı təşrif buyuracaq. Macarların Azərbaycanda açıq məşqi planlaşdırılmır. Ona görə ki, qonaqlar oyunöncəsi sonuncu məşqi vətənində edəcək.
Baş məşqçi Robbi Kinin mətbuat konfransının vaxtı da məlumdu. Mütəxəssis görüşdən bir gün əvvəl saat 20.00-da media nümayəndələrinin önünə çıxacaq.
Həmçinin "Ferentsvaroş" ölkəmizə 20 azarkeşiylə birgə gələcək.
Xatırladaq ki, avqustun 27-də "Tofiq Bəhramov"da keçiriləcək oyun 20.45-də start götürəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Avqust 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















